FRANSA, BÖYÜK BRİTANİYA VƏ ALMANİYA LİDERLƏRİ TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ NAMİZƏDLİYİNİ ALQIŞLAYIRLAR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Fransa Prezidenti Jak Şirak aprelin 29-da Parisdə mətbuat konfransında bildirmişdir ki, “Türkiyənin AB-yə qəbul olunmasına dair danışıqlar çox uzun çəkəcək, 10 il, bəlkə də, daha artıq davam edəcəkdir. Buna baxmayaraq, “uzunmüddətli perspektivdə” Ankaranın bu təşkilata qoşulması yaxşı olardı”.
Böyük Britaniyanın Baş naziri Toni Bleyer Fransanın “Mond” qəzetinə müsahibəsində demişdir ki, “Türkiyə yaxşı xətt götürüb və Böyük Britaniya Türkiyənin namizədliyini alqışlayır”.
Türkiyənin Avropa Birliyinə daxil olmaq niyyətini AFR kansleri Gerhard Şröder də dəstəkləyir. Bəzi məlumatlara görə, Almaniyada iki milyondan çox Türkiyə vətəndaşı yaşayır. Odur ki, bu ölkənin AB-yə daxil olmasının Berlin üçün böyük əhəmiyyəti var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]