FRANSA GÜRCÜSTANIN SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏDİYİNİ BƏYAN ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 14-də Fransa rəsmiləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmişlər.
Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirmişdir ki, aprelin 18-də və mayın 2-də Avropa İttifaqı tərəfindən qəbul edilmiş bəyannamədə Fransa Gürcüstanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı öz mövqeini bir daha diqqətə çatdırmışdır.
Fransa tərəfi son zamanlar separatçı Abxaziya ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədar belə bəyanatla çıxış etməyi qərara almışdır.