Fransa koronavirus epidemiyasının ikinci dalğası ilə üzləşib
Bakı, 29 avqust, AZƏRTAC
Fransada koronavirus infeksiyası yeni qüvvə ilə yayılmağa başlayıb - son həftələr ölkə yoluxma hallarına görə maydakı göstəricilərə çatıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hakimiyyət orqanları epidemiyanın sürətlə yayılmasının qarşısını almaq üçün sanitar tədbirləri gücləndirir və əhalidən hər yerdə maska taxmağı tələb edir.
Avqustun 28-dən etibarən Paris və paytaxtı əhatə edən üç departamentin ərazisindəki bütün küçələrdə, meydanlarda və parklarda tibbi maska taxmaq məcburidir. Bu qayda, həmçinin Marsel, Nitsa, Tuluza, Monpelye, Tulon, Orlean, Strasburq və digər şəhərlərdə də tətbiq olunacaq. Qoruyucu maska taxmaq məcburiyyəti 11 yaşından yuxarı hər kəsə şamil edilir.
Fransa Prezidenti Emmanuel Makron bu addımı “məntiqli məhdudiyyət” hesab edir. Onun sözlərinə görə, yalnız sanitar tədbirlərin və sosial distansiyanın sərt yerinə yetirilməsi ölkə iqtisadiyyatına dağıdıcı təsir edəcək yeni karantindən yayınmağa imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]