Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Senatının qərəzli qətnaməsi ənənəvi erməni təəssübkeşliyinin təzahürüdür

Fransa Senatının qərəzli qətnaməsi ənənəvi erməni təəssübkeşliyinin təzahürüdür

Bakı, 26 noyabr, AZƏRTAC

Otuz ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsi artıq başa çatır. Bu müddət ərzində beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı. Dünyada baş alıb gedən ikili standart, ayrı-seçkilik, islamofobiya, işğalçı siyasətinə görə Ermənistana hər hansı bir sanksiyanın tətbiq olunmaması təcavüzkarı daha da quduzlaşdırdı. “Böyük Ermənistan” dövləti yaratmaq iddiasında olan işğalçı ölkə daha böyük əraziləri işğal etmək iştahası ilə sərhədboyu ərazilərdə təxribatları getdikcə artırdı.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, son iki ildə Ermənistanda hakimiyyəti ələ almış Nikol Paşinyan və onun komandası status-kvonu saxlamaq üçün min bir oyuna əl atdı və münaqişənin danışıqlar vasitəsilə həllinin üstündən birdəfəlik xətt çəkdi. Yenə də beynəlxalq təşkilatlar lal, kar, kor oldular. Xüsusilə, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri susqunluğa üstünlük verdilər. Bundan istifadə edən Ermənistan ordusu sentyabrın 27-də ölkəmizə qarşı açıq şəkildə müharibəyə başladı. Ağır artilleriyadan, ballistik raketlərdən və qadağan olunmuş kassetli bombalardan istifadə edərək dinc əhalini, Dağlıq Qarabağla əlaqəsi olmayan şəhərlərimizi atəşə tutdu. Nəticədə sırasında uşaq və qadın olmaqla 94 mülki şəxs qətlə yetirildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, rəşadətli Ordumuz əks-hücumlarla düşmənə ağır sarsıdıcı zərbələr endirdi. Elə ilk həmlədən Ermənistan ordusu çaşqın vəziyyətə düşdü. Həmin gündən başlayaraq bir-birinin ardınca qələbə sədaları eşitdik. Nəhayət noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən təsdiqlədi. Həmin gün Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat işğalçı ölkənin kapitulyasiyasını, ölkəmizin isə qələbəsini təsdiqlədi.

Ermənistanın məğlubiyyəti ermənipərəst beynəlxalq təşkilatları yandırıb-yaxdı. Bu məğlubiyyətdən daha çox kədərlənənlərdən biri də Fransa Senatı imiş. Halbuki Fransa ATƏT-in Minsk qrupu həmsədrlərindən biridir və münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürüb. Təəssüf ki, 30 il müddətində bu qurum münaqişənin nizamlanması istiqamətində bir addım da olsun irəliyə getmədi. Bu müddət ərzində Fransa Senatı kimi işğalçıya açıq dəstək verən də olmadı.

Məlum olduğu kimi, noyabrın 18-də Fransa Senatının rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuş, noyabrın 25-də isə müzakirə edilərək qəbul edilmişdir. Söz yox ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Ancaq bir faktı qeyd etmək istərdim ki, indiyə qədər dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatı, hətta Ermənistanın özü tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınmadığı halda, ATƏT-in Minsk qrupu həmsədrlərindən birinin Senatının belə canfəşanlığı başadüşülən deyil.

Fransa Senatı beynəlxalq hüquq norma və prinsiplərini ermənipərəst mövqeyinə qurban verdi. Bu sənədə imza atan senatorlar, yəni doğrudanmı dərk etmirlərmi ki, bu qətnamə beynəlxalq hüququn normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması deməkdir? Bu qərar Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə tamamilə ziddiyyət təşkil edir. Senatın bu təxribatçı qərarı, təbii ki, Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin, ermənipərəst mövqeyinin təzahürüdür.

Fransa Senatı bu addımı atarkən vasitəçi ölkənin bitərəf, obyektiv və ədalətli qərarlar qəbul etməsini sanki unudub. Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Senatın qərarı bunu bir daha təsdiqlədi. Qətnamə əvvəldən axıra qədər böhtan, ölkəmizin uğurlarına, dostluq əlaqələrinin genişləndirilməsinə, xüsusilə Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmaz olmasına qısqanclıq üzərində qurulub. Məsələn, qətnamənin 9-cu maddəsində deyilir: “Türkiyənin Azərbaycana göstərdiyi hərbi dəstəyin 27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağ əhalisinə qarşı başlanmış təcavüzün səbəbi olduğunu, Türkiyənin Suriyadakı cihadçı qruplaşmaların tərkibində xidmət edən muzdluların hərbi əməliyyatlar meydanına göndərdiyini nəzərə alaraq...”.

Dövlətimizi başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində də bəyan etdi ki, Azərbaycan Ordusunun tərkibində heç bir muzdlu, kənar hərbçi yoxdur. Bunu təsdiq edən fakt varsa, təqdim edin. Heç kim bu “faktı” təqdim edə bilmədi.

Qərarın 11-ci maddəsi daha gülüncdür: “Avropa Şurasının irqçiliyə və dözümsüzlüyə qarşı komissiyası (ECRI) və BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması komitəsinin (CERD) məruzələri ermənilərin Azərbaycanda azad yaşamasının qeyri-mümkünlüyü faktını qeyd etməsini nəzərə alaraq...”. Bu maddənin müəllifləri nə qədər kar və kordurlarsa, hələ də dərk etmirlər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı doğma ata-baba yurdlarından didərgin salınaraq, qaçqın və məcburi köçkün vəziyyətində yaşayırlar.

14-cü - “Azərbaycanın Türkiyə hökuməti və xarici muzdluların dəstəyi ilə hərbi təcavüzünü pisləyir, 27 sentyabr 2020-ci il tarixindən Dağlıq Qarabağ bölgəsində aparılan hərbi əməliyyatlar nəticəsində işğal edilmiş ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin və onların tərəfdarlarının dərhal çıxarılmasına çağırır” maddəsi isə Fransa Senatının tamamilə ermənipərəst və münaqişənin əsl mahiyyətini hələ də dərk etmədiyindən və ya dərk etsə də, Ermənistanın faşizm ideologiyasına meyilliliyini dəstəkləməsindən xəbər verir. Çünki bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri, “Azərbaycan öz ərazisində vuruşur” dediyi halda, Fransa Senatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin Azərbaycanın özü tərəfindən işğal edildiyini iddia edir.

Bu qətnamə Fransa kimi inkişaf etmiş bir dövlətin adına qara ləkədir, o cümlədən ölkənin siyasəti və parlamentarizmi üçün riyakar bir addımdır. Fransa hökuməti bu ləkəni öz ölkəsinin adından təmizləməli və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik