FRANSADA GÜCLÜ TUFAN OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, son günlər havaların həddindən artıq isti keçdiyi Fransanın cənub-şərqində, xüsusilə Lənd əyalətinin Senos və Biskaros şəhərlərində iyulun 15-də hava şəraiti birdən-birə pisləşmiş, güclü tufan qopmuşdur. Həmin şəhərlər tufandan ciddi zərər çəkmiş, sürəti saatda 100-150 kilometrə çatan küləklər ağacları kökündən qoparmış və burada dincələn adamların üzərinə yıxmışdır. Nəticədə 70-ə yaxın adam müxtəlif dərəcədə bədən xəsarəti almışdır. Onlara dərhal tibbi yardım göstərilmişdir. Lakin 8 nəfərin vəziyyəti ağırdır. Xatırlayırlar ki, belə tufan Fransada sonuncu dəfə 1999-cu ildə baş vermişdir. Fransanın hava məlumat bürosu yaxın bir neçə gün ərzində ölkənin bəzi yerlərində hava şəraitinin yenidən pisləşəcəyi, tufan olacağı və sonra yenidən hava temperaturunun yüksələcəyi barədə əhalini xəbərdar etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]