Fransada hakim onu yerə yıxan futbolçunu təpiklə vurub və meydançadan qovub
Bakı, 16 yanvar, AZƏRTAC
Fransa çempionatının 20-ci turu çərçivəsində Nantda eyniadlı yerli klub və “Pari Sen-Jermen” arasında keçirilən matçın baş hakimi Toni Şapron meydan sahiblərinin onu yerə yıxan oyunçusu Dieqo Karlosu təpiklə vurub və meydançadan kənarlaşdırıb.
AZƏRTAC xəbər verir ki, qalmaqallı insident görüşün 90-cı dəqiqəsində parislilərin hücumu zamanı baş verib. Topa yiyələnə bilməyən futbolçu hakimə toxunub və onu yaşıl örtüyün üzərinə yıxıb. Bundan hirslənən Şapron özünü braziliyalıya yetirib və oyunçunu ayağı ilə vurub. Bununla da kifayətlənməyən hakim Karlosa ikinci sarı, ardınca qırmızı kart göstərib və parislilərin lehinə cərimə zərbəsi təyin edib.
Paris klubu səfərdə 1:0 hesabı ilə qalib gəlib və “Monako” klubunu 11 xal qabaqlayaraq turnir cədvəlində liderliyini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [17:51]
Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər
- 15.09.2026 [16:15]
Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub
- 15.09.2026 [16:04]
UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər
- 15.09.2026 [15:52]
“Trabzonspor”un yeni baş məşqçisi bəlli olub
- 15.09.2026 [14:49]
Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək
- 15.09.2026 [14:30]