Fransada meteoroloji müşahidələr dövrünün rekord istiləri qeydə alınıb
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də Fransanın cənubunda havanın hərarəti ölkənin meteoroloji müşahidələr dövrünün rekordunu müəyyən edib.
AZƏRTAC France Info telekanalına istinadla xəbər verir ki, yerli meteorologiya xidmətinin məlumatına görə, gün ərzində ölkənin cənubunda yerləşən Voklüz departamentinin Karpentra kommunasında havanın hərarəti 44,3 dərəcəyə qədər yüksəlib.
Buş-dü-Ron, Qar, Ero və Voklüz departamentlərində ən yüksək təhlükə səviyyəsi elan edilib. Əhalini maksimum dərəcədə ehtiyatlı olmağa çağıran Fransanın Baş naziri Eduar Filipp iyunun 28-də ölkə ərazisində görünməmiş istilər səbəbindən 4 min məktəbin bağlandığını bildirib.
Telekanal qeyd edib ki, buna qədər Fransanın meteoroloji müşahidələr tarixində havanın maksimum temperaturu 2003-cü il avqustun 12-də ölkənin cənubundakı Qar əyalətində müşahidə edilmişdi - 44,1 dərəcə.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]