FRANSADA NARKOTİK MADDƏLƏRƏ QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLƏCƏK
Ölkədə yaranmış vəziyyət ictimaiyyətin ciddi narahatlığına səbəb olmuşdur. Xüsusilə 18 yaşlılar arasında narkotik maddələrin yüngül formasından istifadə hallarının artması dövləti ciddi tədbirlərə əl atmağa vadar etmişdir. Bu məqsədlə 1970-ci ildə qəbul olunmuş qanunda dəyişikliklər edilməsi qərara alınmışdır. Həmin qanuna görə, narkotik maddədən istifadə edənlərə bir il həbs cəzası verilir və 750 avro cərimə kəsilirdi. Dövlət yaranmış vəziyyətti aradan qaldırmaq, narkomanlığa qarşı ciddi mübarizə aparmaq məqsədi ilə 2005-ci ildən informasiya kampaniyasına başlamağı, təhsil sistemində nəzarəti gücləndirməyi və narkotik maddələrin gizli yollarla ölkəyə gətirilməsinin qarşısını kəsməyi qərara almışdır.