İDMAN
Fransalı atlet Pierre Plihon: Bakı qədimliklə müasirliyi özündə birləşdirir
![Fransalı atlet Pierre Plihon: Bakı qədimliklə müasirliyi özündə birləşdirir](/files/2015/2/1200x630/1434551369242857626_1200x630.jpg)
Bakı, 17 iyun, S.İsgəndərova, C.Rüstəmov, AZƏRTAC
Bir çox yarışlarda iştirak etmişəm. Ancaq buradakı təşkilatçılıq ürəyimcədir. Həqiqətən də Bakı ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində fransalı oxatan Pierre Plihon deyib.
"İlk dəfədir Bakıdayam. Paytaxtınıza heyran qalmışam. Şəhəriniz qədimliklə müasirliyi özündə birləşdirir. İlk Avropa Oyunlarının açılış mərasimi də bunun sübutudur. Möhtəşəm şou izlədim. Zənnimcə Avropa Oyunlarının tarixində bu təqdimat ən yadda qalanı olacaq".
Qarışıq komanda yarışlarında uğurlu çıxış etmədiklərini deyən fransalı atlet təkbətək atışlarda qalib olacağına inanır.