İDMAN
Fransanın BFM televiziyası Avropa Oyunlarını diqqət mərkəzində saxlayır
![Fransanın BFM televiziyası Avropa Oyunlarını diqqət mərkəzində saxlayır](/files/2015/2/1200x630/14345482555810624801_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları beynəlxalq mətbuatın diqqət mərkəzində qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, Fransanın BFM televiziyası Bakıdan yayımlarını davam etdirir. Televiziyanın saytında da Oyunlarla bağlı çoxlu sayda material yer alır. Saytın “İdman” bölməsi demək olar ki, bütövlükdə Bakıdakı Oyunlara həsr edilib. Məqalələrdən görünür ki, fransız jurnalistlərin fəaliyyəti bir idman arenası və ya bir idman növü ilə məhdudlaşmır.
Saytda yerləşdirilmiş “Avropa Oyunları: Qobervil məğlub oldu. Birbaşa nəticələr” adlı məqalədə fransız idmançının məğlub olduğu qeyd edilib. Bununla belə, müəllif digər iştirakçılara da geniş yer ayırıb. Məqalə gün ərzində dəfələrlə yenilənib.
Səhifənin sağ tərəfində əvvəlki günlərə dair xəbərlər və videomateriallar da yer alır. Eyni zamanda, saytda gedən materiallar “Facebook” sosial şəbəkəsində paylaşılır.
Saytda yerləşdirilmiş məqalələrdən biri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: