CƏMİYYƏT
Fuad Muradov: Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması Ulu Öndərin strategiyasının tərkib hissəsi idi VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılması heç şübhəsiz ki, Ulu Öndərin strategiyasının tərkib hissəsi idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O bildirib ki, ulu öndər Heydər Əliyevin zamanında dünya azərbaycanlıların ilk qurultayı keçirildi və artıq bundan 20 il ötür. Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlıları ilə bağlı diaspora quruculuq istiqamətində konkret və birmənalı istiqaməti var idi.
“Bu gün xaricdə yaşayan azərbaycanlılar Ulu Öndəri yad edir və xalqımızın xilaskarı bizim qəlbimizdə yaşayacaq”, - deyə Fuad Muradov əlavə edib.