Futbol üzrə Avropa çempionatının maskotu mart ayında təqdim ediləcək
Bakı, 7 mart, AZƏRTAC
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının maskotunun təqdimatı mart ayı ərzində olacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu FIFA idarə heyətinin üzvü, “Avro 2020”nin Rusiya üzrə təşkilat komitəsinin rəhbəri Aleksey Sorokin deyib.
Avropa çempionatı 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Turnirin 60 illik yubileyi münasibətilə çempionata Avropanın 12 ölkəsi ev sahibliyi edəcək.
Qitə birinciliyinin qrup mərhələsinin üç, dörddəbir finalın isə bir qarşılaşması Bakıda oynanılacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç oyunu, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü 68,7 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:20]
Tomas Tuxel Xorvatiya ilə oyundan sonra FIFA-ya müraciət edib
- 18.06.2026 [14:15]
İsmayıl Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi oldu
- 18.06.2026 [14:13]
Adil Şükürov: “Səbail”lə müqaviləni uzatmaq planım yox idi
- 18.06.2026 [14:06]
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb
- 18.06.2026 [13:30]
Azərbaycanın 13 cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq
- 18.06.2026 [13:29]
“Real Madrid” İbrahima Konateni ilə 4 illik müqavilə imzalayıb
- 18.06.2026 [13:25]
“Səbail” baş məşqçisi ilə yollarını ayırıb
- 18.06.2026 [12:18]