Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna yekun vurulub
Bakı, 3 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun sonuncu matçında “Keşlə” çempion "Qarabağ"ı qəbul edib.
Matç Ağdam təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 16-cı dəqiqədə Araz Abdullayev vurub.
Bu nəticədən sonra "Qarabağ" 41 xalla "Neftçi" ilə liderliyi bölüşür. Son iki pillədə qərarlaşan "Keşlə" və "Sumqayıt"ın 16 xalı var.
Xatırladaq ki, ilk oyun günüdə "Neftçi"i evdə "Sabah"ı üç cavabsız qolla məğlub etdiyi halda, "Səbail" - "Sumqayıt" duelində qalib müəyyənləşməyib - 0:0. Bu gün keçirilən "Zirə" və "Qəbələ" komandalarının görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]