İDMAN
Futbol üzrə Azərbaycan və Almaniya komandalarının qarşılaşması millimizin 5:1 hesablı məğlubiyyəti ilə başa çatıb YENİLƏNİB
![Futbol üzrə Azərbaycan və Almaniya komandalarının qarşılaşması millimizin 5:1 hesablı məğlubiyyəti ilə başa çatıb YENİLƏNİB](/files/2017/3/1200x630/15074881382850461693_1200x630.jpg)
Bakı, 9 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan və Almaniya komandalarının qarşılaşması millimizin 5:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bakı, 8 oktyabr, AZƏRTAC
23:40
Futbol üzrə Azərbaycan və Almaniya milli komandalarının qarşılaşlamasının ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, oyunun 9-cu dəqiqəsində Leon Qoretzkanın vurduğu qola 34-cü dəqiqədə Ramil Şeydayev gözəl qolla cavab verib.
22:45
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, millimiz Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığması ilə qarşılaşır.
Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Ramil Şeydayev, Ruslan Abışov, Cavid Hüseynov, Təmkin Xəlilzadə, Rahid Əmirquliyev, Riçard Almeyda və Əfran İsmayılov yer alıblar.
Almaniya yığmasının ilk on birliyində isə meydana Bernd Leno, Şkodran Mustafi, Niklas Süle, Sandro Vaqner, Lars Stindl, Tomas Müller, Emre Can, Coşua Kimmix, Leon Qoretzka, Yuialn Brandt və Leroy Sane çıxıblar.
Oyunu latviyalı baş hakim Andris Treymanis idarə edir.
Yığmamızın yer aldığı “C” qrupunda Almaniya 27 xalla qrup birincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 12 xalla üçüncü, Norveç isə 10 xalla dördüncü, eyni xala sahib Azərbaycan millisi isə beşinci pillədə qərarlaşıb. Hesabında xal olamayan San-Marino yığması isə sonuncudur.