Füzuli rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edilib
Bakı, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC
Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri başlayıb. Səfər çərçivəsində media nümayəndələri rayonun Dövlətyarlı kəndinə gəliblər.
AZƏRTAC xəbər verir ki, burada “Dövlətyarlı mişar daşı” yatağına baxışı keçirilib və Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov “Dövlətyarlı mişar daşı” yatağı haqqında məlumat verib.
Bildirilib ki, Füzuli rayonunda kəşf edilmiş ehtiyatların hesablanmış və dövlət sahə balansında qeydiyyata alınmış 6 faydalı qazıntı - 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yataqları mövcud olub.
Qeyd edilib ki, Füzuli rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edilib.
Media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri davam edir.