G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə ediblər
Roma, 3 oktyabr, AZƏRTAC
“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının yaydığı məlumatda G7-nin sədri, İtaliyanın Baş naziri Ciorcia Meloni və “Böyük Yeddilik” ölkələrinin liderlərinin telekonfrans vasitəsilə fövqəladə toplantı keçirdiyi bildirilir.
Məlumata görə, görüşdə sözügedən regiondakı mövcud vəziyyətlə bağlı ciddi narahatlıq ifadə olunub, gərginliyin azaldılmasına kömək üçün birgə səylərin artırılması razılaşdırılıb.
Regional miqyasda münaqişənin narahatlıq doğurduğu və diplomatik yollarla həllin hələ də mümkün olduğu vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]