Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəlin hansı halda qayınatasına məxsus mənzildən istifadə hüququna malikdir?

Bakı, 14 may (AZƏRTAC). Bir çox hallarda mülkiyyətçiyə məxsus mənzilə onun ailə üzvlərindən başqa, digər şəxslər də (məsələn gəlin) də köçür. İllər sonra ailə-nikah münasibətləri pozulanda tərəflər arasında mübahisələr yaranır. Bir qayda olaraq boşanma zamanı gəlin özünün və uşaqlarının mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbini irəli sürür.

Bəs hansı hallarda həmin şəxslərin mənzildən istifadə hüququ var, onların bu hüququna xitam verildiyi halda kompensasiya ödənilməlidir?

Bakı Hüquq Mərkəzinin (BHM) hüquqşünası, vəkil Dünyamin Novruzov bildirmişdir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsinin üç mərhələsini fərqləndirmək lazımdır.

Birincisi, əgər evdən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minənədək yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü və ya 123-cü maddələrinin tələblərinə uyğun baxılır.

53-cü maddənin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

123-cü maddənin tələbinə görə, ev mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ evin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Vəkilin sözlərinə görə, gəlin qayınatasının evinə (ev xüsusi mülkiyyətində və ya order əsasında icarəsində ola bilər) 1999-cu ildə köçübsə, onda onun ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququna malikdir.

D.Novruzov deyir ki, əgər evdən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minəndən sonra yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.1-ci, 228.2-ci və 228.5-ci maddələrinin tələblərinə uyğun baxılır.

Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış sahəsindən istifadə hüququnun yaranmasının müqavilə əsasını müəyyənləşdirir. Həmin maddəyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

Lakin Mülki Məcəllənin 228.5-ci maddəsi isə yaşayış sahəsindən istifadə hüququnun qanun əsasını nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Beləliklə, mənzilin mülkiyyətçisinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən istifadə hüququ qanundan irəli gəlir və bunun üçün mənzilin mülkiyyətçisi ilə ailə üzvləri arasında müqavilənin bağlanması tələb edilmir. Digər şəxslərin (məsələn, qayınatanın evinə gəlin köçmüş gəlinin) istifadə hüququndan danışa bilmək üçün onunla mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən müqavilə bağlanmalı və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmalıdır. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə evə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir”.

Üçüncü mərhələ isə yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi Mülki Məcəllədən fərqli qaydanı müəyyənləşdirir.

D.Novruzovun sözlərinə görə, həmin Məcəllənin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsindəki əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

Beləliklə, yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar və mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların istifadə hüququ qanundan, yəni qeyd olunan maddədən irəli gəlir.

Yeni Mənzil Məcəlləsi əvvəlki Mənzil Məcəlləsi və Mülki Məcəllədən fərqli bir qayda müəyyənləşdirmişdir. Belə ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü (məsələn gəlin) arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Vəkil yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə praktikasının kifayət qədər fərqli olduğunu deyir.

Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Vəkilin sözlərinə görə, qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, kompensasiyanın məbləği məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı və ya mübahisə halında, məhkəmə qaydasında müəyyənləşdirilir.

Kompensasiyanın məbləğinin hesablanmasının meyarlarına dair qanunda konkret göstəriş yoxdur, bu isə məhkəmə təcrübəsində müxtəlif kompensasiya məbləğlərinin təyin edilməsi ilə nəticələnmişdir. Kompensasiya məbləği müəyyənləşdirilməsi zamanı məhkəmə işin hallarından çıxış edəcəkdir. Məsələn, evin tam və ya paylı mülkiyyətdə olması, yaşayış sahəsindən istifadə hüququ olan şəxslərin sayı, kompensasiya ödənilən şəxslə mülkiyyətçinin münasibətləri, birgə yaşamanı qeyri-mümkün edən səbəblər, kompensasiya ödənilən şəxsin başqa yaşayış yerinin olub-olmaması, yaşayış evinin sahəsi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi, mülkiyyətçi və kompensasiya ödənilən şəxsin maddi vəziyyəti və s.

D.Novruzov bildirmişdir ki, bəzən vətəndaşlar mənzildə qeydiyyatda olmalarını əsas gətirərək həmin mənzildən istifadə hüquqlarının olduğunu irəli sürürlər.

“Məlumat üçün qeyd edək ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şəxs ailə qurması ilə əlaqədar yaşayış yerini dəyişdirdiyindən və daimi yaşamaq üçün ərinin valideynlərinə məxsus mənzilə köçdüyündən, həmin mənzil üzrə qeydiyyata alınması qanunvericiliyin tələbindən irəli gəlmişdir. Bu baxımdan, qeydiyyat həmin mənzildən istifadə hüququnun yaranması əsası kimi çıxış edə bilməz”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndidə çay və qəhvə festivalı

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Sənət, ruh və rənglərin harmoniyası: samuxlu rəssamın yaradıcılıq dünyası

Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib

Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı hansı dəyişiklikləri vəd edir?

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

Rumıniya Rusiya konsulluğunu bağlayır

Nazirlik: 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılması nəzərdə tutulur

® Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

“Karvan-Yevlax” klubu baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək VİDEO

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək VİDEO

Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO

Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

Moldovadakı soydaşımız mer seçkilərinin ikinci turunda qalib gələcəyinə inanır

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq VİDEO

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq VİDEO

Ukraynada azərbaycanlı meri bıçaqlayan fermer saxlanılıb

Azərbaycanın aqrar ixracında yeni hədəflər: meyvə-tərəvəz sektoru böyüyür - ŞƏRH

İstanbulun fəthindən 573 il ötür

Varşavada Visla çayının üzərindəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

Rumıniyada dron insidenti Avropanın təhlükəsizlik sistemində yeni çağırışları üzə çıxarıb

Ekspert: Zəngəzur dəhlizi Türk dünyasında inteqrasiyanı gücləndirəcək

Ağdərədə XI-XV əsrlərə aid saxsı nümunələri və kurqanlar tapılıb

Sabah paytaxtda və bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

Rəqəmsal dünyanın uşaqlara təsiri: sosial şəbəkələr və videooyunlar - ARAŞDIRMA

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

Malayziyada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb VİDEO

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb VİDEO

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

FHN Bakıda şin anbarının fəaliyyətini dayandırdı

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

A.H.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropalı liderlər Rusiyaya məxsus dronun Rumıniyada yaşayış binasına çırpılmasını sərt şəkildə qınayıblar

ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı VİDEO

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı VİDEO

Azərbaycanın Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul təşkil olunub

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

AZANS “Airspace World 2026” sərgisində Azərbaycanın tranzit potensialını nümayiş etdirib

FHN-in Muğan Regional Mərkəzində məktəblilərin zona yarışı təşkil edilib

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

DİN-dən velosiped və skuter sürənlərə mühüm xəbərdarlıq VİDEO

DİN-dən velosiped və skuter sürənlərə mühüm xəbərdarlıq VİDEO

Təbiətlə zəhmətin harmoniyası – Naxçıvan göycəsi VİDEO

Təbiətlə zəhmətin harmoniyası – Naxçıvan göycəsi VİDEO

Ekspertlər Xəzər və Aral dənizlərinin taleyi haqqında: Heç bir ölkə bu problemi təkbaşına həll etməyəcək VİDEO

Ekspertlər Xəzər və Aral dənizlərinin taleyi haqqında: Heç bir ölkə bu problemi təkbaşına həll etməyəcək VİDEO

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi VİDEO

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi VİDEO

Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırıb

Azərbaycan neftinin qiyməti 100 dollar olub

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qanunsuz yolla gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Beyləqanda fərdi yaşayış evi yanıb VİDEO

Beyləqanda fərdi yaşayış evi yanıb VİDEO

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

“Arsenal”ın 5 futbolçusu Premyer Liqada mövsümün rəmzi komandasına seçilib

Londonda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib VİDEO

Londonda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib VİDEO

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

ABŞ Braziliyanın 2 cinayətkar qrupunu beynəlxalq terror təşkilatları siyahısına əlavə edib

“Barselona” argentinalı hücumçu ilə anlaşıb

Argentinada vağ quşuna bənzəyən lələkli dinozavrın qalıqları aşkar edilib

Livanda hava və artilleriya hücumları nəticəsində ölənlərin sayı 3324 nəfərə çatıb

ABŞ-nin Vitse-prezidenti: İranla sülh razılaşması əldə olunmayıb, amma buna çox yaxınıq

Argentina millisinin heyəti açıqlanıb: Lionel Messi 6-cı dəfə dünya çempionatında

Avropa çempionatı: Azərbaycan millisinin rəqiblərinin oyununda qapılara qol vurulmayıb

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılır

Baş nazir: Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcək

Ukraynanın Trustkavets şəhərində yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Milli musiqi gecəsi - “Balabanın sehrində”

İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır

ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatında Ebola epidemiyası ilə bağlı səyahət məhdudiyyəti elan edib

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

Federasiyanın icraçı vitse-prezidenti: “Sea Breeze Marina” yaxta klubu Azərbaycanda su idman növlərinin inkişafı üzrə yeni məkana çevriləcək

BMT-nin Baş katibi üzv ölkələri maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

Norveç nəşri Osloda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdən yazıb

Pakistanın xarici işlər naziri Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj

"Qəbələ" Premyer Liqada qalıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi VİDEO