Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəmiçiliyə məxsus “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb.

Gəmiçiliyin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Dağıstan” gəmisi 1984-cü ildə keçmiş Yuqoslaviyanın (indiki Xorvatiya) Pula şəhərində tikilib. Beş il əvvəl istismardan çıxarılan “Dağıstan” bərəsinin yenidən təmir və modernləşdirilməsi barədə qərar qəbul edilib. Öz dövrü üçün unikal gəmilərdən hesab edilən bərənin modernləşdirilməsi bir il müddətində tam olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-texniki personalı tərəfindən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda reallaşdırılıb. Gəmiçilik tarixində ilk bu cür modernləşdirmə layihəsi də elə qurumun adıçəkilən heyəti tərəfindən hazırlanıb.

Gəmi-bərənin bütün idarəetmə sistemləri modernləşdirilib. Əsas işlərdən biri isə bərənin maşın şöbəsində reallaşdırılıb.

“Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Yeni quraşdırılan və 1000 kilovat gücündə olan mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil, effektiv və avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından sərfəlidir.

Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici qüvvəsi olan baş mühərrikləri də yenilənib. Müqayisə üçün qeyd edək ki, gəminin əvvəlki baş mühərrikləri 122 ton çəkiyə malik idisə, yeniləri 31,9 tondur. Eyni zamanda həddindən artıq ağır çəkiyə və böyük ölçülərə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifariş etdiyi Finlandiyanın “Wartsila” şirkətinin istehsalı olan W32 model baş mühərrikləri dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bu mühərriklər yanacağa qənaət etməklə yanaşı, atmosferə atılan zərərli maddələrin də miqdarını minimuma endirir. Yeni mühərriklər yanacaq sərfiyyatını 30 faizə qədər azaldır. Ən önəmlisi isə odur ki, bu mühərriklər “Atmosferin çirkləndirilməsinə qarşı” konvensiyanın tələblərinə uyğun sertifikata malikdir.

Yeni reduktorun quraşdırılması isə mühərriklərin işə salınmasını və hazırlanmasını asanlaşdırır, bununla da yanacaq sərfiyyatını xeyli azaltmağa imkan verir. Baş mühərrikin dövrləri sayını azaldır. Həmçinin mühərrikin idarəetmə postu da tam olaraq müasirləşdirilib. Burada texnikanın son nailiyyətlərinə uyğun olaraq yeni avadanlıqlar quraşdırılıb.

Gəminin qəza-generator şöbəsi də modernləşdirilib. Şöbədə bütün müasir gəmilərdə olduğu kimi, mövcud idarəetmə və nəzarət sistemi yaradılıb. Maşın şöbəsində aparılan modernləşmə bununla bitmir. Burada mərkəzi idarəetmə postunun nəzarət sistemi yaradılıb. Mühərriklərin işinə nəzarət edəcək monitorlar quraşdırılıb. Buradan mühərriklərin işləməsinə nəzarət etmək mümkündür. Həmçinin köməkçi mühərriklərə nəzarət cihazları yenilənib. Artıq ballast və quruducu sistemlərə nəzarət həddindən artıq ağır, yöndəmsiz və az funksional avadanlıqlarla deyil, sensor monitor-kompüterlə həyata keçirilir. Bir sözlə, modernləşmə zamanı “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri daha müasirləri ilə əvəz edilib.

Eyni zamanda, gəminin yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilib. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları da bütün müasir texnoloji normalara cavab verən təzələri ilə əvəzlənib. Bərənin köməkçi - yağ, su, ballast sistemləri təmir olunub. Nəzarət kameralarının quraşdırılması bərədə baş verən bütün proseslərə kapitan körpüsündən və maşın şöbəsindən nəzarət etməyə imkan verir.

Gəmi-bərənin gövdə hissəsi də əsaslı şəkildə təmir olunub. Bərənin suüstü və sualtı hissələri qruntlanaraq rənglənib.

Bərənin daxilində məişət otaqları, kayutlar, dəhlizlər, istirahət guşələri əsaslı şəkildə təmir olunub. Yeməkxana və mətbəx lazımi avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, modernləşdirilmə işlərinin yekununda “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib.

Yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsinin iki avtomobil və bir vaqon göyərtəsi var ki, onlar da əsaslı şəkildə təmir olunub və rənglənib. İşıqlandırma sistemləri tamamilə dəyişdirilib. Elə burada da layihəsi gəmiçiliyin texniki işçiləri tərəfindən hazırlanmış modernləşdirmə həyata keçirilib. Belə ki, gəminin sağ tərəfinin arxa hissəsində avtomobillərin göyərtəyə daxil olması üçün yeni rampa quraşdırılıb. Əvvəllər gəmiyə TIR və minik avtomobillərinin yüklənməsi əməliyyatı yalnız arxa (vaqonlar daxil olan) rampa vasitəsi ilə reallaşdırılırdı.

Modernləşdirilmiş “Dağıstan” gəmisi Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bərə donanmasında özünəməxsus yer alıb. Gəminin artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə istismarına start verilib.

“Dağıstan” gəmi-bərəsi Azərbaycanın tranzit cəlbediciliyinin artırılması və regionun ən iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub