Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı zəngindir
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın kollektivi aprelin 7-8-də altı səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək. Həmişə olduğu kimi, bu həftə də teatrın repertuarı həm məktəblilər, həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprelin 7-si saat 12:00 və 14:00-da H.K.Andersenin “Çirkin ördək balası”, 8-i isə eyni saatlarda A.Lindqrenin “Uzuncorab Peppi” tamaşaları nümayiş etdiriləcək.
Teatrın axşam repertuarında aprelin 7-də saat 19:00-da U.Şekspir “Romeo və Cülyetta” (ingilis dilində titrlərlə), aprelin 8-i eyni saatda Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları nümayiş olunacaq.
Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, Əməkdar artistlər Nofəl Vəliyev, Naibə Allahverdiyeva, aktyorlar Mirzə Ağa Mirzəyev, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]