GƏNC TÜRK RƏSSAMLARI BAKIDA USTAD DƏRSLƏRİ KEÇMİŞLƏR
Qardaş Türkiyənin 5 nəfər gənc rəssamı -Solen Qaravəlioğlu Özkoçak, Yeganə Malkoc, Cüneyt Ercan, Mehmet Əli Qaya və Birol Malkos altı ay ərzində Azərbaycan rəssamı Xanlar Məmmədovdan ustad dərsləri almışlar. Bunun yekunu kimi, Vəcihə Səmədova adına sərgi salonunda onların işləri nümayiş etdirilmişdir.
Xanlar Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, sərgidə ondan təsviri sənətin sirlərini öyrənən türk gənclərinin rənğkarlıq janrında 50-dən çox əsəri nümayiş etdirilmişdir. Bunların hamısı ustad dərsləri keçilən müddətdə yaradılmışdır.
Rəssamın fikrincə, belə tədbirlər İki qardaş ölkənin fırça ustaları arasında əlaqələrin yaxınlaşmasına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]