GƏNCƏDƏ APARILAN ABADLIQ İŞLƏRİ ŞƏHƏRİN QƏDİMLİYİNƏ XƏLƏL GƏTİRMİR
Memarlıq və şəhərsalma idarəsinin rəisi, bu yaxınlarda respublika Prezidentinin sərəncamı ilə əməkdar memar adına layiq görülmüş Məmməd İbrahimov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, 2500 yaşlı Gəncədə yaradılmış saysız-hesabsız abidələrin bir çoxu bizim dövrə qədər gəlib çatmış, bəziləri isə təbii aşınmalar nəticəsində sıradan çıxmışdır. Şəhər rəhbərliyi sıradan çıxmış həmin abidələrin bərpası üçün kompleks tədbirlər həyata keçirir. Artıq onların bir çoxu həyata qaytarılmışdır. Heydər Əliyev prospektindəki “Ay-ulduz”, Nəriman Nərimanov prospektindəki “Şir və Günəş” abidələri buna misal ola bilər. Bundan başqa, Heydər Əliyev fondunun dəstəyi ilə qəhrəman Cavad Xan, xeyirxah əməlləri ilə öz dövrünün tanınmış simalarından olan Comərdi Qəssab türbələrinin ucaldılması gənclərə keçmişimizə hörmətlə yanaşmaq hissi aşılayır, bu keçmiş haqqında onların məlumatını artırır. .
Hazirda Gəncənin 11 yerində çoxmərtəbəli binaların tikintisi uğurla davam etdirilir. Bu, sakinlərin mənzil probleminin həllində mühüm rol oynayacaqdır. Lakin şəhərdə inşaat işi görmək istəyən hər bir sahibkar yaxşı bilir ki, apardığı tikinti işləri milli xüsusiyyətlərlə yanaşı, Gəncənin qədimliyini də özündə əks etdirməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]