Gəncədə gənclərin sosial-psixoloji problemlərinin həlli üçün maarifləndirici seminarlara başlanılıb
Gəncə, 18 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə müasir dövrdə gənclərin üzləşdiyi sosial-psixoloji problemlərin həllində onlara yardım üçün seminarlara başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Müasir gənclərin sosial-psixoloji problemlərinin həllinə kömək” mövzusunda keçirilən ilk seminar Gənclər Evinin psixoloqu Günel Hüseynli tərəfindən aparılıb.
Gənclər Evinin direktoru Amil Qurbanov bildirib ki, bundan sonra mütəmadi təşkil olunacaq bu cür seminarların keçirilməsində əsas məqsəd gənclərin sosial-psixoloji problemlərini vaxtında aşkarlamaq, onları təhlil etmək və həll yollarını göstərməkdir. Eyni zamanda, gənclərlə günümüzün əsas problemləri olan sosial şəbəkələr, valideyn-övlad münasibətləri, zərərli vərdişlər və sair haqqında interaktiv söhbətlər etmək və müzakirələr aparmaqdır.