GƏNCƏDƏ “HEYDƏR ƏLİYEV-AZƏRBAYCAN-GƏNCƏ” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Şəhər icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatinin birgə təşkil etdikləri konfransın iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət etmiş, önünə əklil və tər çiçəklər düzmüşlər.
Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bütün dövrlərində Azərbaycanın xilaskarlıq missiyasını yerinə yetirmiş görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.
Sonra dahi şəxsiyyətin həyatımızın müxtəlif sahələrinin inkişafındakı xidmətlərindən bəhs edən “Heydər Əliyev: tarixi yaradan şəxsiyyət”, “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının banisi və qurucusudur”, “Heydər Əliyev və milli mədəniyyətimiz”, “Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyinin qarantıdır”, ”Gəncə müstəqilliyimizin beşiyi və azadlıq ideyalarının mərkəzidir”, “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişlənməsi”, “Prezident İlham Əliyev Gəncənin sürətli sosial-iqtisadi və mədəni inkişafının təşəbbüskarı və banisidir”, “Milli lider və demokratiya” və s. mövzularda məruzələr dinlənilmişdir.
Tədbirin sonunda qərara alınmışdır ki, Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını araşdırıb təhlil edən tədqiqatçı alimlərin konfransa təqdim etdikləri məruzə və çıxışlar ayrıca kitab şəklində nəşr olunsun.