Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənclər karantin rejimi müddətində daha yaradıcı, yararlı və yenilikçi olublar

Gənclər karantin rejimi müddətində daha yaradıcı, yararlı və yenilikçi olublar

Bakı, 7 may, AZƏRTAC 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova karantin rejimi dövründə gənclərin daha aktiv olmaları üçün nazirliyin həyata keçirdiyi layihələr, gənclərin bu dövrdə fəallığı ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Karantin dövründə gəncləri nə qədər fəal saymaq olar? Gənclər və İdman Nazirliyi bu dövrdə gənclərin fəallığının artırılması üçün hansı layihələri həyata keçirib?

- Gənclər haqqında danışarkən göz önünə fərqli və bir-birindən maraqlı sahələr gəlir. Gənclər hər bir sahədə fəaliyyət göstərirlər. Demək olar ki, hər bir sahədə yenilik, yaradıcılıq var. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunan karantin rejimi müddətində gənclərimiz Prezident İlham Əliyevin çağırışına cavab olaraq pandemiya ilə mübarizədə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsinə töhfə verməyə çalışıblar. İstər Gənclər və İdman Nazirliyini, istərsə də gəncləri bu karantin müddətində kifayət qədər fəal saymaq olar. Nazirlik ictimai-siyasi, vətənpərvərlik, yaradıcılıq, gənclər təşkilatları ilə iş və digər sahələrdə müxtəlif layihələri onlayn qaydada gerçəkləşdirdi. Əvvəlcə ictimai-siyasi fəal gənclər üçün atılan addımlardan, “Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramı haqqında məlumat vermək istərdim. Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır. Burada müəyyən tələblər irəli sürülmüşdü. Gəncin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olması əsas məqamlardan biridir. Eyni zamanda, gəncin 18-25 yaşlarında, ictimai fəal, geniş dünya görüşlü olmasıdır. Onun ünsiyyət və əlaqə qurmaq, komanda ilə iş, təşkilatçılıq bacarığı da əsas meyarlardan idi. Bu günədək 4 mindən çox gənc bu layihəyə maraq göstərib. 350-dən çox gənc artıq müraciət edib.

- Bəs gənclərin ümumi şəkildə bir araya gəlməsi, müzakirələr aparmaları üçün hansı işlər görülür?

- Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən layihələrin hər birinin gənclərin inkişafı və gələcəyinə yönəlik olduğunu nəzərə alsaq, deməliyik ki, bu dövrdə gənclərlə sıx əməkdaşlıq, onların müzakirələrdə fəallığı, maraqları bizim üçün çox önəmli idi. Nazirlik tərəfindən “Dünya və gənclər yeni şəraitdə” mövzusunda gənclərin ilk onlayn forumunu keçirməklə bir ilkə imza atıldı. Gənclərin qatıldığı bu forumda Milli Məclisin deputatları, nazir müavini İntiqam Babayev, Gənclər Fondunun nümayəndəsi, Gənclər üçün Prezident mükafatı laureatları, eləcə də 130-dan çox QHT-nin nümayəndələri, Qarabağ qaziləri, gənc alimlər, tədqiqatçılar iştirak ediblər. Forumda hazırkı vəziyyətdə və postpandemiya dövründə fəaliyyət, gənclərin yeni şəraitdə bilik və kompetensiyaları, fərdi inkişaf yolları, qeyri-formal təhsilin gücləndirilməsi, gənc nəslin ölkə iqtisadiyyatında və cəmiyyətin inkişafında iştirakı, fərdi potensialın artırılması, birgə fəaliyyətlərin gücləndirilməsi yolları, dördüncü sənaye inqilabı və 5.0 cəmiyyətində gənclərin rolu, eləcə də müstəqil dövlətlərin artan dəyəri şəraitində beynəlxalq əməkdaşlıq məsələləri barədə məsələlərə toxunulub.

Lider, müstəqil dövlətçilik ənənələrinə sadiq gənclərimizdə vətənpərvərlik hissinin, xalqına, millətinə sevginin dərinliyi hər şeydən üstün olmalıdır. Bu səbəbdən nazirlik hər zaman olduğu kimi, bu dövrdə də vətənpərvərlik layihələrinə xüsusi diqqət ayırıb. Bu layihələr sırasında “Mənim qəhrəmanım” layihəsi haqqında danışmaq istərdim. Aprelin 26-dan başlamış və iyunun 26-dək davam edəcək aksiyaya hər bir gənc qoşula bilər. Sadəcə gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və şücaət göstərmiş, eləcə də İkinci Dünya müharibəsinin iştirakçısı olan doğmalarının timsalında qəhrəmanlar haqqında qısa məlumatı şəkillə birlikdə sosial şəbəkələrdə paylaşmalıdırlar. “O mənim qəhrəmanımdır” sözləri ilə yekunlaşan məlumat bu qəhrəmanı hər kəsə tanıdacaq. “Facebook”da “Mənim qəhrəmanım” səhifəsinin 2500-ə yaxın üzvü var. Artıq 1500-dən çox qəhrəman haqqında foto, video məlumatlar yer alıb. Sevindirici haldır ki, bu günədək 30 mindən çox rəy var. Daha çox foto və info Qarabağ savaşının qəhrəmanları ilə bağlıdır. Maraqlı fikir mübadilələrinin aparılması gənclərin vətənpərvərlik hisslərinin daha da inkişafına gətirib çıxarır.

Bununla yanaşı, artıq neçə illərdir ki, nazirlik tərəfindən dəstəklənən “Virtual Qarabağ” layihəsi də vətənpərvərlik mövzusunda maraqlı layihələrdəndir. Bu il Azərbaycanlıların Soyqırımı Gününün ildönümü ilə əlaqədar “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən gənclərin online fəaliyyəti təşkil edilib. Bu fəaliyyətlər çərçivəsində altı dildə sosial şəbəkələrdə #Genocide, #Genocide102 və #31marchgenocide həştəqləri istifadə olunmaqla gənclər tərəfindən kütləvi paylaşımlar edilib. Bundan başqa, hazırlanmış poster, infoqram, elektron poster, örtük və çərçivə şəkilləri “Twitter”, “Facebook” və “Instagram” sosial şəbəkələrində paylaşılıb. Nəticədə 330 məlumat paylaşılıb və bu məlumatlar 72 min 267 nəfərə çatıb. www.virtualkarabakh.az/com/net /info/org/co.uk veb-səhifəsinə 980 min 989 ümumi baxış, 42 min 329 unikal istifadəçinin daxil olması qeydə alınıb. Veb-səhifəyə daxil olan insanların sayına görə ilk onluqda Azərbaycan, Türkiyə, ABŞ, Çin, Avropa Birliyi, Rusiya, Kanada, Almaniya, Ukrayna, Küveyt, Böyük Britaniya qərarlaşıb. Qeyd edilən dövrdə İctimai Birliyin “virtualkarabakhtv” adlı “YouTube” kanalına 156 yeni abunə olub, 12 min 20 baxış sayı qeydə alınıb. Kampaniya çərçivəsində paylaşımlar edilərək 2100-dən çox “Twitter” istifadəçisinin, 500-dən çox “Instagram” izləyicisinin diqqətinə çatdırılıb.

- Maraqlıdır, nazirliyin layihələrində fəal iştirak edən gənclərin gələcəkdə daha sıx fəaliyyəti üçün hər hansı bir bazası yaradılırmı?

- Gənclərlə iş sahəsi barədə danışarkən mütləq şəkildə gələcək əməkdaşlıq üçün fəaliyyət bazasına xüsusi diqqət ayrılmalıdır. Bu səbəbdən təlimçilər bazası yaradılır. İş Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə tərəfdaşlığı ilə gənclərlə iş sahəsində təlimçilər bazası formalaşdırılır.

Əsas məqsəd gənclər siyasəti sahəsində qeyri-formal təhsil imkanlarının keyfiyyətinin artırılması üçün peşəkar təlimçilərdən ibarət vahid və davamlı bazanın yaradılmasıdır. Layihə çərçivəsində gənclərlə iş sahəsində təlimçilərin hazırlanması mexanizminin təkmilləşdirilməsi, onların statusunun müəyyənləşdirilməsi, sertifikasiya mexanizminin, elektron məlumat bazasının yaradılması və reyestrinin aparılması və www.e-telimci.az elektron resursunun yaradılması nəzərdə tutulub. Hazırlıq işləri mart ayında başlayıb. Bu resursun iyunun sonunadək tam təhvil verilməsi planlaşdırılır.

- Bir az da yaradıcılığa, elmə meyilli olan gənclərdən danışaq.

- Burada təbii ki, “Tələbə baharı”, “İdeya var”, “Evdə addımla” və digər layihələr haqqında söz açmaq olar. İstərdim “Bənzət, baxım!” layihəsi haqqında məlumat verim. Yeni və bütövlüklə onlayn keçiriləcək layihənin digər bir üstünlüyü ondadır ki, indiki karantin dövründə gənclər digər ailə üzvlərini də bu fəaliyyətə qata və ya onların dəstəyindən istifadə edə bilərlər. Şüarı “Yarat, öyrən, qazan!” olan layihənin əsas məqsədi gənclərin diqqət və marağını dünya incəsənəti sahəsinə yönəltməklə yanaşı, eyni zamanda, onların özlərinin yaradıcılıq potensialını inkişaf etdirmələri üçün də gözəl imkan olacaq. Onlayn müsabiqə gənclər arasında son zamanlar dəbdə olan kospley yaradıcılığına əsaslanır. Amma bu layihə daha böyük yaradıcılıq və “ixtiraçılıq” tələb edir. Mayın 7-ə müsabiqə ilə 5638 nəfər əhatə edilib, 11 mindən artıq baxış sayı var. Artıq ölkənin müxtəlif şəhər və rayonlarından 30-a yaxın iş daxil olub. Müsabiqə mayın 12-dək davam edəcək.

- Karantin dövründə gənclərin bir çoxu gərgin olublar. Onlara psixoloji dəstəyin göstərilməsi üçün nazirlik hansısa işləri gördümü?

- Tamamilə razıyam. Əfsuslar olsun ki, karantin müddətində bəzi gənclər psixoloji gərginlik yaşadılar. Bununla əlaqədar Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər üçün krizis” telefon xətti fəaliyyətini bərpa edib. Artiq 14 ildir ki, bu sahədə təcrübəsi olan krizis telefon xətti psixoloji böhran, ailə münasibətlərində gərginlik, depressiya, qorxu hissi yaşayan hər kəs üçün yardımçı olur. Pulsuz olaraq fəaliyyət göstərəcək bu xidmətə (012 510-66-36) edilən hər bir zəngin anonimliyi qorunacaq. Zənglər həftə içi (bazar ertəsi-şənbə günləri ) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO