“Gənclər” komandası 23-cü ölkə kuboku yarışının qalibi olub
Bakı, 1 avqust, AZƏRTAC
“ASCO Arena”da həvəskar futbol komandaları arasında 23-cü ölkə kuboku yarışının final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinə həsr olunmuş kubok yarışının final oyununda “City Baku” və “Gənclər” komandaları qarşılaşıblar.
Rəqibini 6:1 hesabı ilə məğlub edən “Gənclər” komandası ölkə kuboku yarışının qalibi olub.
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Qalib komandaya kuboku AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov təqdim ediblər.