Gənclər “Onu SƏN Yaşat” aksiyasına başlayıblar
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan gənclərinin bir qrupu ağır xəstəlikdən əziyyət çəkən Tural Hacıyev üçün xeyriyyə aksiyasına start verib. Aksiya bir qrup gənc tərəfindən yaradılmış, köməyə ehtiyacı olan şəxslərlə xeyirxah insanların birgə platforması olan “xeyirxah.com” saytı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən başladılıb. Aksiya çərçivəsində müxtəlif işlərin görülməsi nəzərdə tutulub.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində keçirilən estafet kampaniyasına tələbə və gənclərlə yanaşı, bir sıra tanınmış şəxslər da qatılıblar. Belə ki, onlar estafeti qəbul edir, digər məşhurlara ötürərək şəxsi “Instaqram” hesablarında paylaşırlar.
Aksiyanın təşkilatçıları və Turalın yaxınları xeyirxah insanlardan, o cümlədən media nümayəndələrindən və imkanlı şəxslərdən kömək istəyirlər. Xeyriyyə aksiyası ilə bağlı bütün məlumatları www.xeyirxah.com saytından əldə etmək mümkündür.
Tural Hacıyevə yardım etmək istəyənlər aşağıdakı hesab vasitəsilə kömək göstərə bilərlər: Bank Respublikadakı hesab nömrəsi: 380194400160668401, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE № 08511526. Həmçinin “MilliÖn” və “E-Manat” ödəmə nöqtələrindən də yardım etmək mümkündür.