Gənclər üçün Təhsil Mərkəzi qanvermə aksiyası keçirmişdir
Bakı, 9 may (AZƏRTAC). Şuşa şəhərinin işğal günü il bağlı Gənclər üçün Təhsil Mərkəzi Ağcabədi rayonunda silsilə tədbirlər keçirmişdir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini anmışlar.
Tədbir iştirakçıları Şuşada döyüşlərdə iştirak etmiş, həmçinin şəhid ailələrinin üzvləri ilə görüşmüş məcburi köçkün gənclərin sosial fəaliyyəti onların təhsil və ictimai fəaliyyətinin artırılması istiqamətində geniş müzakirələr aparmışlar.
Sonda Şuşa döyüşlərində həlak olmuş Vətən övladlarının xatirəsini anmaq məqsədilə rayon ictimaiyyəti, xüsusən də gənclər arasında qanvermə aksiyası keçirilmişdir.
Aksiyada 50-dən çox şəxsdən toplanan qan müvafiq laboratoriya müayinəsindən keçirildikdən sonra talassemiya xəstəliyindən əziyyət keçən xəstələrə veriləcəkdir.
Qanvermə aksiyası Gənclər üçün Təhsil Mərkəzi ilə Qan Donorları Assosiasiyasının birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]