GƏNCLƏRİN MARAQLARI ÜZRƏ KLUBYARADILMIŞDIR
Klubun təsis konfransında sədr, müavinlər və idarə heyətinin üzvləri seçilmişdir. Gənclərin mənəvi tələbatlarını ödəmək, onların asudə vaxtlarının səmərəli keçirilməsinə əlverişli şərait yaratmaq, mədəniyyət, incəsənət, elm, təhsil, texnologiya və digər sahələrdə gənclərin yaradıcılıq fəaliyyətini, imkan və bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradılan kluba Göycay İdarəetmə və Texnologiya Kollecinin 600-ə yaxın tələbəsi cəlb olunmuşdur.
Mütəxəssislərin fikrincə, bu klubun fəaliyyəti gənclərin intellektual səviyyəsinin inkişafına və onların mənalı istirahətinə, sağlamlığının qorunmasına köməklik göstərəcəkdir. Həmçinin burada gənclər öz maraq dairələri üzrə birləşərək ictimai fəlaiyyətə hazırlaşacaq, öz həmkarları ilə müxtəlif mövzularda sağlam diskussiyalar təşkil etmək imkanı qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]