Genetika üzrə tanınmış alim Azərbaycan Tibb Universitetində mühazirə oxumuşdur
Bakı, 19 may (AZƏRTAC). Azərbaycan Tibb Universitetində Türkiyə Respublikası Egey Universitetinin professoru Afiq Bərdəli ilə görüş keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüş Afiq Bərdəlinin genetika sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açılmışdır.
Bildirilmişdir ki, 1979-1985-ci illərdə ATU-nun pediatriya fakültəsində təhsil almış Afiq Bərdəli Türkiyə Respublikasında 28 yaşında tibb elmləri doktoru adına yiyələnmiş, İzmir şəhərində “Şəfa Özəl Xəstəxanalar” şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurmuş və rəhbəri olmuşdur. O, eyni zamanda, Egey Universitetində kök hüceyrəsi kafedrasının qurucusu və professoru, həmin universitetin tibb fakültəsində molekulyar tibb laboratoriyasının müdiridir. Onun rəhbərlik etdiyi laboratoriya Türkiyədə EMQN (Dünya Səhiyyə Təşkilatının Avropa Genetik Keyfiyyət Şəbəkəsi) akkreditasiyasını almış ilk və tək laboratoriya, dünyada isə 3 elmi mərkəzdən biridir. Nefrotik sindrom geni dünya tibb ədəbiyyatında Berdeli geni (Turkish Gen) olaraq tanınır.
Görüşün sonunda A.Bərdəli həkimlərə genetika sahəsində olan yeniliklərlə bağlı mühazirə oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]