“Gimnastika hamı üçün” növünə aid onlayn məşqlər keçiriləcək
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) fevralın 4-dən “Gimnastika hamı üçün” növü üzrə ödənişsiz əsaslarla onlayn məşqlər keçirəcək.
AZƏRTAC AGF-ə istinadla xəbər verir ki, məşqlərin proqramı “Gimnastika hamı üçün” üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva və məşqçi Ruslan Eyvazov tərəfindən tərtib olunub.
Onlayn məşqlər həftədə iki dəfə saat 19:00-dan 20:00-dək keçiriləcək.
Xatırladaq ki, ötən ilin dekabrında “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil olunub. İştirakçılar arasında ölkənin demək olar ki, bütün şəhər və rayonlarının - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvanın təmsilçiləri yer alıblar. Gimnastika mütəxəssislərinin və bu növ ilə tanış olmaq istəyənlərin böyük marağına səbəb olan vebinarda iştirak üçün 84 nəfər qeydiyyatdan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]