Gitara alətinin bədii və texniki xüsusiyyətlərinə həsr olunan ustad dərsi təşkil edilib
Bakı, 9 aprel, AZƏRTAC
Rusiyadan gəlmiş gitara müəllimi Dmitri Voronin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində “Gitara alətinin bədii və texniki xüsusiyyətləri” mövzusunda ustad dərsi keçib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə məktəbin direktoru Gülşən Quliyeva qonaqlara musiqi məktəbinin yaranma tarixindən söhbət açıb.
Sonra ustad dərsində gitara alətinin sirləri, bədii və texniki cəhətləri, özünəməxsus ifa tərzi və bu kimi mövzularda müəllim və şagirdlərə məlumat verilib.