Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO
Göyçay, 27 may, AZƏRTAC
Göyçay rayonunda 3 minik avtomobilinin toqquşması nəticəsində ölənlərin və yaralananların şəxsiyyəti məlum olub.
AZƏRTAC xəbər verir ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 2016-cı il təvəllüdlü Leyla Feyzullayeva hadisə yerində həyatını itirib. 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1970-ci il təvəllüdlü Hüseyn Salahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı qız uşağı isə xəsarət alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan H. Salahov xəstəxanada ölüb.
15:11
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndi ərazisindən keçən 199-cu kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, 3 minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Müxbir - Rəşad Türkoğlu