REGİONLAR
Göyçayın istixana təsərrüfatlarında 28 min tondan çox məhsul istehsal olunub
Göyçay, 22 dekabr, AZƏRTAC
Göyçayın istixana təsərrüfatlarında cari ildə bol məhsul yetişdirilib və yığılan məhsulun 50 faizi xarici ölkələrə, o cümlədən Rasiya və Ukraynaya ixrac olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, builki mövsümdə fermerlər və fiziki şəxslər istixanalarda əsasən pomidor və xiyar yetişdiriblər. Cari ildə 255,4 hektar sahədən 26 min 341 ton pomidor, 22,1 hektardan isə 2055 ton xiyar yığılıb. Məhsul tədarükü daha çox rayonun Ləkçılpaq, Mırtı, Qaraxıdır və bir sıra digər icra nümayəndəliklərində olub.
Qeyd edək ki, Göyçayda istixana təsərrüfatlarına son illər maraq xeyli artıb və hazırda bu təsərrüfatların ərazisi 277,5 hektara çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]