GUAM ÖLKƏLƏRİ KİŞİNYOVDA ABŞ VƏ AVROPA İTTİFAQI İLƏ TƏRƏFDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələri Kişinyovda ABŞ, Avropa İttifaqı və beynəlxalq təşkilatlarla tərəfdaşlıq məsələlərini müzakirə edirlər. İclasda ölkəmizi Xarici İşlər Nazilriyi xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsinin rəisi Tofiq Musayev təmsil edir.
Tədbir iştirakçıları tərəfdaşlığın genişləndirilməsi məsələləri ilə yanaşı, GUAM-ın terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və cinayətkarlığın digər növləri ilə mübarizə üzrə virtual mərkəzinin yaradılması layihəsi, habelə intellektual mülkiyyətin mühafizəsinə dair saziş layihəsi üzərində işləyəcəklər.