Güclü fırtına ABŞ-ın qərb sahillərinə çatıb
Vaşinqton, 7 yanvar, AZƏRTAC
Özü ilə sərt külək, şiddətli yağış və qar gətirən güclü Sakit okean fırtınası ABŞ-ın qərb sahillərinə çatıb.
AZƏRTAC xəbər verir ki, meteoroloqların məlumatına görə, Los-Anceles dairəsinin bəzi yerlərində gözlənilməz daşqınlar, həmçinin Malibu rayonunda sürüşmələr baş verib. 30 dəqiqə ərzində yağıntının miqdarı 23 santimetr olub.
Saatda 113 kilometr sürətlə əsən şiddətli küləklər qərb sahillərində, həmçinin elektrikötürmə xətlərinin və ağacların qırılmasına və Kaliforniya ştatından Vaşinqton ştatınadək elektrik enerjisinin kəsilməsinə səbəb olub. San-Fransisko beynəlxalq aeroportunda küləyin sürəti saatda 85 kilometr, San-Rafaeldən şimala - Biq Rok Ricdə saatda 113 kilometrə çatıb.
Hava şəraitinin pisləşməsi, əsasən də böyük miqdarda yağıntının düşməsi əksər hallarda Kaliforniyada sürüşmələrə gətirib çıxarır ki, bu da ştatın hakimiyyət orqanlarının əndişələndiyi hallardan biridir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]