Gündə bir şüşə qazlı su uşağın yaddaşının pisləşməsinə gətirib çıxara bilər
Bakı, 2 avqust (AZƏRTAC). Cənubi Kaliforniya Universitetinin (ABŞ) alimləri belə hesab edirlər ki, şirin qazlı içkilər təlim prosesinə təsir göstərir və hətta gündə bir şüşə qazlı su uşağın yaddaşının
pisləşməsinə gətirib çıxara bilər. Buna görə də həkimlər uşaq yaşlarında şirin qazlı sulardan istifadənin minimuma endirilməsini məsləhət görürlər.
AZƏRTAC “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, alimlərin apardıqları eksperiment zamanı qazlı su laboratoriya siçanları üzərində sınaqdan keçirilib. Bala siçanlar qazlı su qəbul etdikdən sonra yaddaş və düşüncə tapşırıqlarının öhdəsindən gələ bilməyiblər. Bundan başqa, bəzi hallarda hipokampda iltihab baş verib. Kəllə beyninin bu hissəsi təlim prosesinə və yaddaşa cavabdehdir.
Qazlı su, həmçinin böyüməkdə olan nəsildə təcavüzkarlıq dərəcəsini artırır. Qazlı su ilə birlikdə daxil olan “sürətli” karbohidratlar uşağın orqanizmində metabolizmi pozur. Nəticədə orqanlar və sistemlər patoloji rejimdə işləməyə başlayır ki, bu da xroniki xəstəliklərin inkişafı riskini artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]