Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülü istismara verilib

Bakı, 14 mart, Nihad Budaqov, AZƏRTAC

Martın 14-də SOCAR-ın “Günəşli” yatağında yeni inşa edilən 7 nömrəli dərin dəniz özülü istismara verilib. Özüldə 6 qaz və 14 neft quyusunun qazılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, özülün istismara verilməsi mərasimində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri əvvəlcə, özüldə çalışan neftçilərlə görüşərək, onları bu əlamətdar hadisə münasibətilə təbrik edib və işlərində uğurlar arzulayıblar.

Özülə baxış keçirən SOCAR-ın prezidentinə bildirilib ki, istismara verilən bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə SOCAR tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür. Bu özülün layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilib, tikintisi isə “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilib. 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül “Günəşli” yatağının şərqindəki tağyanı sahədə yerləşir və dənizin 148 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən göyərtəyədək olan məsafə 15 metr, üst döşəməyədək olan məsafə isə 30 metrdir. Özül iki hissədən - dayaq blokundan və üst tikililərdən ibarətdir. 9683,1 tonluq piramidaşəkilli dayaq blokunun hündürlüyü 151 metrdir. Üst tikililər isə 1872 ton ağırlığında göyərtədən və ümumilikdə 3561 ton çəkiyə malik 14 ədəd moduldan ibarətdir. Platformanın ümumi çəkisi isə 25331,5 tondur. Bir ədəd vertolyot meydançasının və 2 ədəd gəmi yanalma meydançasının quraşdırıldığı özüldə işçi personalının rahat və təhlükəsiz çalışması üçün məişət evi və 120 nəfərlik yaşayış binası inşa edilib.

Özül “HAK” tipli qaldırıcı kranlar, xilasedici qayıqlar, su təchizatı, ventilyasiya, isitmə-soyutma və yanğınsöndürmə sistemləri, nəzarət ölçü cihazları və digər zəruri avadanlıqlarla təchiz edilib, radioəlaqə və avtomatika işləri yerinə yetirilib. Hasil ediləcək karbohidrogenlərin ilkin nəqli məqsədilə buradan 8 nömrəli özülə qədər sualtı neft və qaz kəmərləri çəkilib. İnşaat işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilib. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib.

Məlumat verilib ki, özülün enerji ilə təchizatı hazırda 8 nömrəli dərin dəniz özülündən çəkilmiş 6 kilovoltluq sualtı kabel xətti vasitəsilə təmin olunur. Gələcəkdə, özülün elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə alternativ olaraq “Günəşli” yatağındakı 2 və 19 nömrəli özüllərlə də 6 kilovoltluq sualtı kabel xətti vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulub. Eyni zamanda, neftin və qazın nəqli üçün əlavə olaraq 14 və 19 nömrəli özüllərə qədər müvafiq təyinatlı sualtı neft, qaz və su boru kəmərlərinin çəkilməsi, texnoloji xətlərin quraşdırılması da planlaşdırılır.

Qeyd olunub ki, özüldə qazma işlərini yerinə yetirmək üçün 2 ədəd müasir standartlara cavab verən yeni qazma qurğusundan istifadə ediləcək. Bunlardan biri ZJ 70/4500 DZ tipli Çin istehsalı olan qazma kompleksidir. İkincisi - Almaniya istehsalı olan “Bentec” 3000HP AC modul tipli qurğu isə yeni nəsil qazma avadanlığıdır. Bu qurğu vasitəsilə 8-9 min metr dərinliyə maili quyuların qazılması mümkündür. 7 nömrəli özüldə 6 qaz və 14 neft quyusunun qazılması nəzərdə tutulub. Geoloqların hesablamalarına görə, neft quyularının hər birindən sutkada 100 ton neft və 15 min kubmetr səmt qazı, qaz quyularının hər birindən isə sutkada 150 min kubmetr təbii qaz və 15 ton kondensat hasil ediləcək.

Görülmüş işlərdən razılığını bildirən SOCAR-ın prezidenti R.Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma dəzgahını işə salıb. Neftçilər qarşısında çıxış edən R.Abdullayev Prezident İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədilə aparılan kompleks tədbirlərdən danışıb, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayıb. Obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirən SOCAR-ın prezidenti ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rus Dram Teatrının səhnəsində növbəti premyera oynanılacaq

Azərbaycan Rəngkarlığı Muzeyində “Azadlığa monument” adlı qrup sərgisi açılıb

"Sabah"ın baş məşqçisi: Oyunçularım komanda şəklində mübarizə apardılar

"Avro-2024": Türkiyə millisinin geniş heyəti açıqlanıb

Bakıda Gürcüstanın milli bayramı qeyd olunub

Avroliqada “Dördlər finalı”: "Fənərbağça Beko" “Panathinaikos"a məğlub olaraq final şansını itirib

Rumıniyada NATO-nun “Dacian Strike 24” hərbi təlimi başlayıb

Emin Əmrullayev: Azərbaycanda basketbola maraq günü-gündən artır

Maqsud Adıgözəlov: "Sabah"ın gələn mövsüm Azərbaycanı Avropada layiqincə təmsil edəcəyinə inanıram

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər cəzalandırılıb

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib

Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

"Sabah" basketbol üzrə Azərbaycan çempionatının qalibi olub

® ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

® Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına vəsiqə qazanıb

Qızıl Avropa Liqası: Azərbaycan millisi Belçikaya məğlub olub

Azərbaycan qadın voleybol millisi Rumıniyaya məğlub olub

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş etdirilib

ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə telefonla danışıb

Fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun tarixi açıqlanıb

ADNSU-da şəhid məzunun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib

Ərdoğan: Qlobal sistem bütün amilləri ilə indiki reallıqlara uyğun olaraq yenidən qurulmalıdır

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil edilib

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

“İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” - açıq mühazirə

“Elektromobillik üzrə Milli Planın hazırlanması” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib VİDEO

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir ŞƏRH

Hərbi Prokurorluq əməkdaşları Daxili Qoşunların Vətən Müharibəsi qəhrəmanları ilə birgə ağac əkiblər

İtkin düşmüş hesab olunan daha bir şəhidimiz dəfn edilib

Minifutbol turnirinə yekun vurulub

Sus kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB VİDEO

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib

Turizm və Menecment Universitetində “Ekoloji gələcək həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib

Çindən Avropaya Xəzər dənizi üzərindən sınaq avtomobil daşımaları həyata keçirilib

Mütəxəssis: Havanın qeyri-sabit keçməsi ipəkqurdunun barama sarıma dövrünü bir neçə gün uzadacaq

Katiblik rəhbəri: Kommunal xidmətlərə qoşulmada əlçatanlığın təmin olması çox vacibdir

Ədəbiyyat Muzeyində “Yaşa, yaşa, çox yaşa!” adlı ədəbi-musiqili tədbir keçirilib

Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb

Qazax rayonunun dörd kəndinin azad olunması Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir RƏY

Azərbaycan Şahmat Federasiyasının növbəti konfransı keçirilib

Səhiyyə Nazirliyi Müstəqillik Günü ilə bağlı Şəkidə “İlk tibbi yardım - ikinci həyata addım” adlı fləş-mob keçirib

Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb