Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb

Bakı, 24 may, AZƏRTAC

Heydər Əliyev Mərkəzində bu gündən daha bir layihə çərçivəsində möhtəşəm heykəltaraşlıq nümunələri sərgilənməyə başlayır.

Mayın 23-də Mərkəzdə italiyalı heykəltaraş Canfranko Megiatonun fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 26-dək davam edəcək “Görünməyənin cizgiləri” adlı sərgidə müəllifin 40-dək əsəri nümayiş olunur.

Açılış mərasimindən əvvəl heykəltaraş Canfranko Megiato jurnalistlərə açıqlamasında əsərlərinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən məmnunluq hissi keçirdiyini deyib. Heykəltaraş buranın onun üçün sonsuzluq ifadə etdiyini qeyd edib. O, bəzi əsərlərində Mərkəzin binasından da ilhamlandığını bildirib.

"Əsərlərimin məhz bu məkanda sərgilənməsi mənim üçün bir stimul oldu. Həmçinin qeyd etmək istəyirəm ki, ekspozisiyada yer alan əsərlərin 19-u ictimaiyyətə ilk dəfə təqdim olunur", - deyə Canfranko Megiato əlavə edib. Heykəltaraşın sözlərinə görə, Azərbaycan öz milli-mənəvi dəyərlərini Avropadan fərqli olaraq qoruyur və gələcəkdə də qoruyub saxlayacaq.

Bakı sərgisi üçün hazırlanmış əsərlər sırasında “Cücərmə” (“Germination”), “Kvant nəfəsi” (“Quantum Breath”), “Mistral” (“Mistral”), “Elm və bilik” (“Science and Knowledge”), “Oyanış” (“Awakening”), “Yaradılış” (“Creation”) və digərləri izləyicilərdə böyük maraq yaradacaq.

Ekspozisiya Mərkəzin park ərazisində, foye və sərgi zalında qurulub. Mərkəzin qarşısında yer alan 6 metr hündürlükdə olan “Cücərmə” (“Germination”) adlı əsər isə xüsusi məna daşıyır. Əsər “biz hamımız bir ağacın yarpaqlarıyıq, bir orqanizmin hüceyrələriyik, bir varlığın hissələriyik. Bəşəriyyət ikili yanaşmanı aradan qaldırmaq üçün birlik və qardaşlığın bu konsepsiyalarını qəbul etməyincə nə sülh, nə də mənsub olduğumuz ətraf mühitə hörmət olacaq”, - ideyasını çatdırır.

Tədbiri açan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəzdə uzun müddətdir bir çox heykəltaraşın əsərləri təqdim edilib. O, bugünkü sərgidə yer alan əsərlərin ziyarətçilərdə böyük maraq doğuracağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə, xüsusən cənab Megiatonun bu işə həssasla yanaşdığına görə təşəkkürünü bildirib.

Xalq rəssamı Fərhad Xəlilov sərginin Heydər Əliyev Mərkəzinin binası ilə unikal uyğunluq yaratdığını söyləyib. “İtaliya sözü səslənəndə bir çox insanın qəlbində gözəl, isti hisslər yaranır. Hesab edirəm ki, bizim doğma, oxşar hisslərimiz var”, - deyə Xalq rəssamı qeyd edib.

İtaliyanın Roma şəhərində Kolizey Arxeoloji Parkı Direktorlar Şurasının üzvü Alberto Samona bildirib ki, əsərləri seyr edəndə sanki gözə görünməyən hissə ilə əlaqə qurulur: “Bütün sərhədləri aşaraq materiyanın özlüyündə hiss etmək imkanı yaranır. Nəzərə alsaq ki, materiya öz-özündə enerjini ehtiva edən bir məfhumdur, çoxtərəflikdən gəlib vahid bir məfhuma çıxırıq. Təbii bir haldır ki, bu, məhz Bakıda baş verir. Əgər şəhərin tarixinə baxsaq, onun adına nəzər salsaq, bunun bizi kainata bağlayan bir məfhum olduğunu görə bilərik. Bütün bunlar burada əsən küləkdə, hər bir nəfəsdə duyulur. Canfrankonun əsərində görünməyən görünənə çevrilir. Enerji, ruh materiya formasını alır. Beləliklə, bizim hamımızın qarşısında yeni fürsətlər açılır. Biz hamımız vahid bir yerə toplaşmaq imkanı əldə edirik”, - deyə A.Samona əlavə edib.

İtaliyalı heykəltaraş Canfranko Megiato öz növbəsində deyib: “Hesab edirəm ki, belə bir xüsusi əhəmiyyətə malik olan Mərkəzə təşrif buyurmuş hər hansı bir heykəltaraş insanpərvərlik mövqeyindən çıxış etməlidir. Mən bu və ya digər məkanlara sərgi məqsədilə getdiyim zaman düşünürəm ki, həmin mərkəzin hansı yerində əsərlərim sərgilənəcək və müşahidələr hansı şəkildə onlarla əlaqə yaradacaq. Bu möhtəşəm Mərkəzdə bütün bu əsərləri müvafiq yerlərə yerləşdirmək bizim qarşımızda duran böyük bir vəzifə idi. Düşünürəm ki, biz bunun öhdəsindən uğurla gəldik”.

Canfranko Megiato müasir incəsənət sahəsində dünyanın məşhur platforması kimi qəbul edilən Beynəlxalq İncəsənət Sərgisi - Biennalenin vətəni olan Venesiyada 1963-cü ildə dünyaya göz açıb. O, elə burada Dövlət İncəsənət İnstitutunda heykəltaraşlıq üzrə təhsil alıb. Megiato 16 yaşından əsərlərini sərgiləməyə başlayıb. Rəssam heykəllərinə elə quruluş verir ki, həmin əsərlər özünü və zəngin daxili dünyasını dərk etməyə çalışan insanın keşməkeşli yolunu təcəssüm etdirir.

Heykəltaraşın əsərləri vətəni İtaliya ilə yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya, Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur, Ukrayna və digər ölkələrdə sərgilənib. Onun heykəltaraşlıq nümunələri müxtəlif ölkələrin əlamətdar məkanlarını bəzəyir. Canfranko Megiatonun əsərlərindən səhnə tərtibatında da istifadə edilir. Vaxtilə İtaliyanın Skolasium arxeoloji parkında səhnələşdirilmiş Bizenin “Karmen” operasındakı dekorasiyalar Canfranko Megiatonun müəllifi olduğu heykəllərdən qurulmuşdu. Rəssam heykəltaraşlıq instalyasiyalarında möhtəşəm ifaedici gücə və estetik dəyərə malik olan qədimlik və müasirliyin mahircəsinə birləşdirilməsinə görə ICOMOS/UNESCO mükafatına layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb