GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRDƏ KANADADAN GƏTİRİLMİŞ MAYEDƏN İSTİFADƏ EDİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan parlamentinə mayın 21-də keçiriləcək seçkilərdə seçicilərin barmaqlarının markalanması üçün istifadə olunan maye Kanadadan gətiriləcəkdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Zurab Kackacişvili demişdir ki, maye adamların sağlamlığı üçün təhlükəli deyildir və o, seçicinin səsvermə prosesində təkrar iştirakının qarşısını alır.