Gürcüstan parlamentinin sədri etirazlara səbəb olan Qanunu təsdiqləyib
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə LGBT təbliğatının qadağan olunması haqqında Qanunu imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.
O deyib: “Bu gün Gürcüstan Konstitusiyasına uyğun olaraq, mən "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" Qanunu imzaladım. Mən başa düşürəm ki, bu Qanunun imzalanması bəzi xarici tərəfdaşların tənqidinə səbəb olacaq, lakin gürcülər heç vaxt başqalarının fikirlərindən qorxmayıblar. Biz bunun üçün minilliklər sərf etdik. Bu yolla biz öz kimliyimizi qoruyub saxlamışıq”.
Qeyd edək ki, daha öncə Prezident Salome Zurabişvili həmin Qanunu imzalamaqdan imtina edərək parlamentə geri qaytarmışdı. Lakin o, Qanuna veto qoymamışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]