Gürcüstan xəstəxanalarında çarpayı qıtlığı yaranıb
Tbilisi, 9 avqust, AZƏRTAC
Gürcüstan xəstəxanalarında çarpayı qıtlığı yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın səhiyyə naziri Yekaterine Tikaradze məlumat verib.
Onun sözlərinə görə, ağır epidemioloji vəziyyət xəstəxana sektoruna da mənfi təsir göstərir. Gürcüstan xəstəxanalarında koronaviruslu pasiyentlər üçün ayrılmış yerlərin təxminən 94 faizi dolub. Səhiyyə Nazirliyi əlavə çarpayılar səfərbər etməyə çalışır. Artıq 7 min çarpayı səfərbər edilib və bu həftə ərzində daha 500 çarpayı əlavə olunacaq.
Nazir deyib ki, bu gün heç bir pasiyent diqqətdən kənarda qalmır. Lakin yoluxmaların artmasının qarşısını almaq üçün bütün tədbirləri gücləndirmək lazımdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]