GÜRCÜSTANDA ATMOSFERİN ZƏHƏRLƏNMƏSİ KÜR ÇAYINI DA ZƏHƏRLƏYİR
Gürcüstan paytaxtı ölkə ərazisinin cəmi 0,5 faizini tutur. Buna baxmayaraq, Gürcüstan əhalisinin beşdə bir, sənaye istehsalınınsa üçdə bir hissəsi Tbilisidə cəmlənmişdir. Mütəxəssislərin fikrincə, şəhərin atmosferi həddindən artıq çirklənərək normada nəzərdə tutulduğundan altı dəfə çox olmuşdur. Çirklənmənin 82 faizi avtomobil nəqliyyatının, 18 faizi isə stasionar mənbələrin havaya buraxdığı zəhərli maddələrin payına düşür. Hər il avtomobil nəqliyyatı şəhər atmosferini 780 ton zəhərli maddə ilə çirkləndirir. Şəhərin atmosferinin belə sürətlə korlanması onu yarıya bölən və Azərbaycanın əsas su mənbələrindən biri olan Kür çayının da çirklənməsinə səbəb olur. Təkcə Tbilisidə 60 yerdə çirkab mərkəzi kollektora yönəldilmədən birbaşa Kürə axıdılır. Artıq çay özünütəmizləmə qabiliyyətini itirmişdir. Gürcüstan Yaşıllar Partiyasının lideri Georgi Qaçeçiladze demişdir ki, Kürün Tbilisidən keçən sahəsində istənilən bakteriyanı və mikrobu tapmaq olar. Ortacala bəndində Kürün dibi zəhərli lillə örtülmüşdür, bəzi yerlərdə onun qalınlığı bir neçə metrə çatır. Burada suyun çirklənməsi qəbul edilən normadan 400-500 dəfə artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]