Gürcüstanda deputatlığa namizədlər də narkoloji testdən keçəcəklər
Tbilisi, 29 avqust, AZƏRTAC
Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər ediləcək.
AZƏRTAC xəbər verir ki, dəyişikliklərdə majoritar qaydada olduğu kimi, proporsional siyahı ilə deputatlıq uğrunda mübarizə aparacaq namizədlərin də narkoloji testdən keçmələri nəzərdə tutulub.
Yeni dəyişikliklərə əsasən, deputatlığa namizədlər narkoloji testdən keçməli və bununla bağlı xüsusi arayış təqdim etməlidirlər.
Amma qanun layihəsində narkotik istifadəçilərinin parlament seçkilərində iştirakına qadağa qoyulacağı barədə heç bir maddə yoxdur.
Müvafiq dəyişikliklər paketi Gürcüstan parlamentinə təqdim olunub və avqustun 31-də qanunverici orqanın bürosunda, sonra isə plenar iclasında müzakirə olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]