Hacı Əliyev yarımfinala vəsiqəni təmiz qələbə qazanaraq təmin edib
Bakı, 20 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarında 61 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Hacı Əliyev dörddəbir final görüşündə Tacikistan təmsilçisi Todjiddin Xhodjayev ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, pəhləvanımız təmiz qələbə qazanaraq görüşü vaxtından əvvəl başa vurub.