Hacıqabulda keçmiş məhkum narkotiklə saxlanılıb
Hacıqabul, 9 may, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda keçmiş məhkum narkotik vasitə ilə saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Polis Şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Taleh Atamalıyev saxlanılıb. O, üzərində narkotik vasitə olması şübhəsi ilə polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman Talehdən şəxsi istehlak miqdarından artıq çəkidə, kibrit qutularında qablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.