İDMAN
Hakan Çalhanoğlu “İnter”in heyətində ilk dəfə penaltidən yararlana bilməyib
Bakı, 11 noyabr, AZƏRTAC
Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu İtaliyanın “İnter” komandasının heyətində ilk dəfə penaltini dəqiq yerinə yetirə bilməyib.
AZƏRTAC xəbər verir ki, A Seriyasının XII turunda “Napoli” ilə keçirilmiş qarşılaşmanın (1:1) 74-cü dəqiqəsində topu qapıdan keçirmək mümkün olmayıb. 30 yaşlı yarımmüdafiəçinin zərbəsindən sonra top qapı dirəyinə tuş gəlib. O, ilk hissənin 43-cü dəqiqəsində isə baxımlı qolla komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, 2021-ci ildən “İnter”in formasını geyinən H.Çalhanoğlu bunadək Milan təmsilçisinin heyətində yerinə yetirdiyi 20 penaltindən 19-nu qola çevirməyi bacarıb.