HAKİMLİYƏ NAMİZƏDLƏRİN TƏDRİSİNƏ DƏYƏRLİ TÖHFƏ
Namizədlərin hakim olmaq üçün zəruri biliklərə və peşə hazırlığına yiyələnməsinə xidmət edən bu kursların tədris proqramına ən aktual mövzular, o cümlədən insan haqları, məhkəmə etikası, məhkəmələrdə işin səmərəli təşkili və digər mühüm məsələlər üzrə mühazirələr daxil edilmiş, müəyyən praktiki vərdişlərin əldə edilməsi üçün namizədlərin ayrı-ayrı məhkəmələrdə staj keçməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsinə dair 2006-cı il 19 yanvar tarixli Fərmanında Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və onun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə olunmuşdur. Bununla əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində tədris kursuna cəlb olunmuş 56 nəfər hakimliyə namizədin hər birinə Avropa Şurasının Bakı informasiya ofisi tərəfindən nəşr edilmiş Avropa İnsan Hüquqları Məhkəməsinin seçilmiş qərarlarından və Avropa Şurasının tövsiyələrindən ibarət hüquq ədəbiyyatları təqdim olunmuşdur.
Bu münasibətlə aprelin 19-da keçirilmiş təqdimat mərasimində çıxış edən Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev bu xeyirxah işin təşəbbüsçüsü olan Avrasiya Hüquqşünaslar Assosiasiyasının və Avropa Şurasının Bakı informasiya ofisinin rəhbərliyinə minnətdarlıq edərək, yüksək səviyyədə çap olunmuş həmin kitabları hakimliyə namizədlərin tədrisinə dəyərli töhfə kimi qiymətləndirmiş, həmçinin beynəlxalq hüquq normalarının, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqində onların gələcək hakimlərə mühüm yardımçı olacağını bildirmişdir.
Avropa Şurasının Bakı informasiya ofisinin direktoru vəzifəsini icra edən İlqar İbrahimli və Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri Nadir Adilov ölkəmizdə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələrini, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf qaydalar əsasında seçimini qeyd etmiş, hazırkı tədrisin əhəmiyyətini vurğulayaraq, bu prosesə təmsil etdikləri qurumların bundan sonra da dəstək verməyə hazır olduğunu bildirmiş və kursun iştirakçılarına uğurlar arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [17:15]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [17:03]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [16:26]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [16:18]