SİYASƏT
Hanaf Ali Əl Gebali: Ulu Öndərin bütün sahələrdə qazandığı nailiyyətlər sonradan görülən işlər üçün nümunə olub
![Hanaf Ali Əl Gebali: Ulu Öndərin bütün sahələrdə qazandığı nailiyyətlər sonradan görülən işlər üçün nümunə olub](/files/2023/2/1200x630/16842359952380934125_1200x630.jpg)
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Misirlə sıx dostluq əlaqələri olan dövlətlərdəndir. Xalqların tarixində həmişə mühüm şəxsiyyətlər olur. Heydər Əliyev ölkəsi üçün bir çox nailiyyətlər əldə edib. O, həm də sülhün təminatçısı olub.
AZƏRTAC xəbər verir ki, bunu Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebali Azərbaycan Milli Məclisinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş xüsusi iclasında deyib.
Misir parlamentinin nümayəndəsi bildirib ki, Ulu Öndərin bütün sahələrdə qazandığı nailiyyətlər sonradan görülən işlər üçün nümunə olub. Heydər Əliyevin irsi bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Misirlə Azərbaycan arasındakı əlaqələrdən danışan Hanaf Ali Əl Gebali deyib ki, ölkəsi dost dövlətlərlə münasibətlərində öz köməyini heç vaxt əsirgəmir. Hazırkı Prezidentin ilk səfərini Azərbaycana etməsi də diqqətdən kənarda qalmamalıdır. Ölkələrimiz arasında turizm və mədəniyyət sahələrindəki əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Bu da təbii ki, iki xalqın rifahına xidmət edir, əməkdaşlığı daha da gücləndirir.