HAVA LİMANINDA QARŞILANMA
Azərbaycanda Rusiya İlinin təntənəli açılış mərasimində iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 21-də Bakıya işgüzar səfərə gəlmişdir.
Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putini təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar.
Rusiya Prezidenti avtomobil karvanının müşayiəti ilə hava limanından Fəxri xiyabana yola düşdü.