HƏKİMLƏRİN İŞİNƏ MAYDA TƏKRAR BAXILACAQ
Xatırladaq ki, Liviya Ali Məhkəməsi əcnəbi tibb işçiləri barədə inişil çıxarılan ölüm hökmünü ötən ilin dekabrında ləğv etmişdi. Müttəhimlər ilkin istintaq zamanı günahlarını etiraf etmiş, lakin sonradan oz ifadələrindən boyun qaçırmışdılar. Liviya Ali Məhkəməsi tibb işçilərinin işgəncələrə məruz qaldıqları üçün yalan ifadə vermələri barədə bəyanatlarını nəzərə almışdır. Bolqarıstan XİN-in nümayəndəsi yeni məhkəmənin ədalətli qərarına ümid bəslədiyini bildirmişdir. Onun dediyinə görə, bolqar tibb bacıları vətənə ən geci sentyabrda qayıdacaqlar.
Liviyanın Benqazi şəhərinin uşaq xəstəxanasında işləyən əcnəbi tibb işçiləri 1999-cu ildə 426 uşağı qəsdən İÇV-yə yoluxdurmaqda təqsirli bilinmişlər. İndiyədək 50 belə xəstə dünyasını dəyişmişdir. Yerli müstəntiqlərin fikrincə, onlar Liviyada ABŞ və İsrail xüsusi xidmət orqanlarının tapşırığı ilə fəaliyyət göstərirdilər. Tibb bacıları bildirirlər ki, xəstəxanada infeksiya onların gəlişindən qabaq yayılmışdı.
Beynəlxlaq hüquq müdafiə təşkilatlarının, habelə ABŞ-ın və Avropa İttifaqının təzyiqi altında Liviya höküməti “həkimlərin işinə” təkrar baxmağa razılıq vermişdir.